Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları Müsabiqəsini elan edir.

XALQ.AZ xəbər verir ki, iştirak etmək istəyənlər Müsabiqənin Əsasnaməsində  tədbirin şərtləri ilə tanış ola bilərlər (Əsasnamə əlavə olunur).

 Müsabiqədə iştirak etmək istəyənlər Gənclər və İdman Nazirliyindən ətraflı məlumat edə bilərlər.