Nazirlik təlim keçdi

Dünən Füzuli və Beyləqan rayonlarında təlimlər keçirilib.

XALQ.AZ  xəbər verir ki, təlimdə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə pambığın becərilməsi, aqrotexniki qulluq məqsədilə müxtəlif texnikalardan istifadə, zərərvericilərlə mübarizə tədbirlərinin aparılması, müxtəlif tərkibli pestisidlərdən istifadə qaydası öyrədilib.

Sahə nümayişlərində müxtəlif texniki vasitələrin istifadə qaydaları, onların tənzimlənməsi mexanizatorlar tərəfindən əyani şəkildə göstərilib. Təlimlərdə fermerlərlə geniş müzakirələr aparılıb və onların sualları ətraflı şəkildə cavablandırılıb.

 

 

Orxan