Nazirlik xəbərdarlıq etdi

tur

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti ilə məşğul olan və lakin lisenziyasız fəaliyyət göstərən otel və mehmanxana sahiblərinə müraciət edib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan mədəniyyət və turizm nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Şöbə müdiri qeyd edib ki, turizm fəaliyyəti göstərən obyektlərdə monitorinqlər aparılıb və bir sıra ciddi nöqsanlar aşkarlanıb:

“Əsas problemlər lisenziyası olmayan otel və mehmanxanalarla bağlıdır. Sözü gedən obyektlərdə ciddi problemlər aşkarlanıb. Nazirlik olaraq, sözü gedən obyektlərin sahiblərini hər zaman lisenziya əsasında fəaliyyət göstərməyə çağırırıq”.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, Bakı-2015 Avropa oyunları ilə bağlı Azərbaycanda hotel və mehmanxanalara lisenziya və “ulduz” kateqoriyaqsı verilməsi prosesi də sürətləndirilib:

“Əslində biz onları lisenziya və kateqoriyanın verilməsi ilə bağlı məcbur edə bilmərik. Onlar özləri bu işə maraqlı olmalıdırlar. Amma, Avropa Oyunları ilə əlaqədar bu işin tezləşdirilməsi qərarını vermişik. Artıq məktubla da sözü gedən obyektlərə müraciət etmişik. Bildirmişik ki, 3-4 saat hotellərdə monitorinq keçiriləcək və bundan sonra mövcud nöqsanlar aşkar olunarsa bunu qaydasına salınması üçün vaxt veriləcək. Bu prossesdən sonra Nazirlik sözü gedən hotellərə “ulduz” kateqoriyası verəcək”.