Nazirlik əhaliyə müraciət etdi

Ekologiya ve Təbii Sərvətlər Nazirliyi rəsmi internet saytında aparılacaq yenilənmə ilə əlaqədar xalqa müraciət edib.

XALQ.AZ xəbər verir ki, nazirlik rəsmi saytının yenilənməsi üçün vətəndaşlar, media nümayəndələri, ictimai fəallardan təkliflər gözləyir. Nazirlik vətəndaşların saytda görmək istədiyi yeniliklərin nədən ibarət olduğunu öyrənmək istəyir.

Bu səbəbdən bildirilib ki, kim nazirliyin rəsmi saytında hansı dəyişikliyi və yeniliyi görmək istəyirsə, bu barədə fikrini yazsın.

Nazirlik vətəndaşların yeni qurulacaq saytları üçün təklif və tövsiyyələrini gözləyir.

Qeyd edək ki, Azərbaycanda nazirliyin istifadəçilərin rəyini öyrənməklə sayt yaratmaq istəyi ilk dəfədir.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir