Nazirliklə sahibkarlar arasında şura yaradılacaq

Mayın 3-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlıq assosiasiyaları və bir sıra iş adamları ilə görüş keçirilib.

XALQ.AZ xəbər verir ki,  Vergilər Nazirliyindən  verilən xəbərə görə, görüşdə vergilər naziri Mikayıl Cabbarov, ASK-nın sədri Məmməd Musayev, ASK-ya üzv olan şirkətlər və assosiasiyalar iştirak edib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunaraq iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vergilər naziri vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər, həmçinin biznes sektorundan gözləntilərlə bağlı çıxış edib.

Görüşdə Vergilər Nazirliyi ilə sahibkarlar arasında müzakirə platforması kimi çıxış edəcək Əməkdaşlıq Şurasının yaradılması barədə razılıq əldə edilib.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir