Neftçala və Salyanda yeniliklər davam edir…

Neftçala və Salyanda elektrik təchizatı yaxşılaşır

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən  XALQ.AZ-a daxil olan xəbərə görə, Salyan EŞ-də 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 528 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 25 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 35,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib. Aprel ayının sonuna qədər daha 96 ədəd 0,4 kV-luq dayaq basdırılacaq.

Neftçala EŞ-də isə 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 738 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 23 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 24,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib. Aprel ayının sonuna qədər daha 92 ədəd 0,4 kV-luq dayaq basdırılacaq.

Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.