Neftçi qələbə qazandı

 

9

 

Xalq.az xəbər verir ki , Son turlarda özünə gələn “İnter” növbəti qələbəsini qazanıb. Kaxaber Sxadadzenin yetirmələri doğma meydanda “Rəvan”ı üstələyib – 3:2.
Turun mərkəzi qarşılaşması isə “Bakcell Arena” keçirilib. Futbolsevərlər bu turda “Böyük oyun”un şahidi olublar. 2 prinsipial rəqib – “Neftçi” və “Xəzər Lənkəran”ın növbəti duelində meydan sahibləri qalib gəlib. Bakılılar böyükhesabla qalib gəlməyi bacarıb – 4:1.
Ötən həftə “ağ-yaşıllar”a məğlub olaraq Azərbaycan Superkubokunu qazana bilməyən paytaxt klubu doğma azarkeşləri qarşısına qisasını artıqlaması ilə alıb. Nazim Süleymanovun baş məşqçi kimi “Neftçi”dəki ilk qələbəsini qazanıb. Mütəxəssis buna Azərbaycan karyerasında çalışdırdığı ilk komanda ilə görüşdə sevinib.

Qeyd edək ki, XII tur sabah keçiriləcək 2 oyunla yekunlaşacaq.


Comments are closed.