“Neftçi” “Simurq”a, “Qarabağ” “Bakı”ya qarşı

Top

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran Bakının “Neftçi” klubu bu turda öz meydanında “Simurq”la qarşılaşacaq. Keçirdiyi iki oyunda maksimum nəticə göstərən Zaqatala təmsilçisinin bu görüşdə necə təsir bağışlayacağı maraqla gözlənilir.

Tarixində ilk Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubu bu mövsüm Azərbaycan Premyer Liqasında 3-cü matçına çıxacaq. Ağdam təmsilçisi öz meydanında “Bakı”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.