Neftçilər Xəstəxanasına yeni direktor təyin edildi

Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edilib.

XALQ.AZ  xəbər verir ki, sözügedən vəzifəyə Hikmət Həşimov təyinat alıb.

H.Həşimov faktı təsdiq edib. O bildirib ki, artıq dünəndən yeni vəzifədə işə başlayıb.

Qeyd edək ki, Hikmət Həşimov Şirvan şəhər Diaqnostika Mərkəzinin baş həkimi, daha sonra Bakı Sağlamlıq Mərkəzinin müdiri olub.

Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının sabiq baş direktoru Leyla Seyidbəyova öz ərizəsi ilə işdən ayrılıb, Bakı şəhəri 7 saylı Doğum Evinə baş həkim təyin edilib.

RƏSUL