“Neftçi”nin prezidenti istefa verdi

Neftçi”nin prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.

XALQ.AZ  klubun rəsmi saytına istinadən xəbər verir ki, O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.

“Neftçi” klubu ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Qeyd edək ki, Orxan Hüseynzadə həm də AFFA Klublar Komitəsinin sədridir.

RƏSUL