Nigarın paylaşımı qalmaqal yaratdı

“Eurovision 2011” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın “Instagram” paylaşımı qalmaqala səbəb olub.

Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb.

XALQ.AZ xəbər verir ki, bu barədə açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib:

“Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər”.

Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər.

 

Elgün