“Nişanlımla hamamda görüşürdüm-Qapı bağlı idi amma..”

zorl

 

zorl

Bakıda nişanlısının qətlində və onun bacısına xəsarət yetirməkdə ittiham olunan Nəcəf Məcidovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Nəcəf Məcidovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəcəf Məcidov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nəcəf Məcidov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin olunan hökmün dəyişdirilməsini, ona aşağı həddə cəza təyin edilməsini xahiş edib.

İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı biçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidov əməliyyat məlumatı əsasında saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.
Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub.

Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. İlahə Ağayeva hadisə yerində ölüb, Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, cinayət işində bəzi qaranlıq qalan məqamlar var. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərindəki hamamda görüşüblər: “Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, isti olsun. Həmin gün də qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım.

Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam”.

Nəcəf Məcidov qeyd edib ki, son günlər İlahə ilə münasibətləri pozulubmuş: “Ona iradlarımı bildirirdim, əhəmiyyət vermirdi. Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması idi. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yarandı.

İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”.
Source: Xalq.az