Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar iclasının gündəliyi məlum olub.
XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, parlamentin iyunun 12-də keçiləcək növbədənkənar iclasının gündəliyinə 23 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında;
-
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi 3-cü oxunuşda;
-
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik;
-
Azərbaycan Respublikası hökuməti ilə Hindistan Respublikası hökuməti arasındakı diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Sazişin təsdiq edilməsi;
-
Dərc olunmuş əsərlərin kor, görməqüsurlu və ya çap məhsullarının oxunmaqla bağl başqa əlilliyi olan şəxslər üçün əlçtanlığı asanlaşdırmağa dair Mərakeş Müqaviləsinə qoşulmaq haqqında;
-
“Dövlət sirri haqqında” qanuna dəyişiklik;
-
“Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik;
-
“Dövlət sərhədi haqqında” qanuna dəyişiklik;
-
“Mülki müdafiə haqqında” qanuna dəyişiklik;
-
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;
-
Vergi Məcəlləsinə dəyişiklik;
-
Əmək Məcəlləsinə dəyişiklik;
-
“Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanuna dəyişiklik;
-
“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;
-
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
-
“Təhsil haqqında” qanuna dəyişiklik;
-
Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi;
-
“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
-
“Bədən tərbiyyəsi və idman haqqında” qanuna dəyişiklik;
-
“Məşğulluq haqqında” qanun 2-ci oxunuşda;
-
Əmək Məcəlləsinə dəyişiklik;
22.”Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi 2-ci oxunuşda”;
- “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun layihəsi 1-ci oxunuşda