Növbəti qızıl medal

islam

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışlarına start verilib.XALQ.AZ-ın məlumatına görə, atletimiz Samir Nəbiyev kürə itələmə yarışında bütün rəqiblərindən güclü olub.

İran idmançısı Cavid Şakib Ehsani gümüş, digər iranlı Cavad Dalakeh isə bürünc medala yiyələnib.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.