Növbəti terror

 

Böyük Britaniyanın Mersisayd qraflığında ehtimala görə qaz sızması və ya yanğın səbəbindən güclü partlayış baş verib.

 

XALQ.AZ “Mirror” nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində 30  nəfər xəsarət alıb. Məlumata görə, partlayışın baş verdiyi bina tamamilə dağılıb. Zərərçəkənlərin hamısı yaxınlıqdakı Çin restoranının müştəriləri olublar. Digər yaxınlıqdakı binalara da ziyan dəyib.

 

Hadisə yerinə çoxlu sayda “təcili yardım” maşını gəlib.