Novruz Novruzovun abadlaşma planı

 

52

Ötən il Şabran şəhərində bəzək acağlarının saxlanılmasına 200 min manatdan artıq vəsait sərf olunub; Şabranda inkşaf edənlər icra başçısı Novruz Novruzov və yaxın ətrafıdır; Şabran şəhərinin girəcəyindəki ən dəbdəbəli villa isə icra başçısının müavini Mehdi Balabəyova məxsusdur…

 

Şabran rayonunda acınacaqlı vəziyyət yaranıb. Bir yandan şəhər dekorativ şəkildə abadlaşdırılır, digər tərəfdən isə rayon əhalisinin sosial vəziyyəti hər gün daha da ağırlaşır. İcra başçısı Novruz Novruzov isə rayon əhalisinin problemləri ilə demək olar ki, maraqlanmır. Belə ki, icra başçısını abadlıq işlərindən əldə edəcəyi gəlirləri və ədəbiyyat maraqlandırır. Başqa heç nə.

Şabran rayonundan daxil olan məlumatlara görə rayon icra başçısı Novruz Novruzov Şabranda acınacaqlı vəziyyət yaradıb. Belə ki, icra başçısı rayonun abadlaşdırılmasına ayrılan milyonlarla manat vəsaiti sənədləşdirərək mənimsəyir. Şabran rayonundan daxil olan məlumatda göstərilir ki, icra başçısı Novruz Novruzov rayonda baş verən bütün qanunusuzluqları müavini Mehdi Balabəyovun əli ilə həyayta keçirir.

Bildirilir ki, son iki ildə Şabran rayonun abadlaşdırılması, inzibati, mülki binaların təmirinə üst-üstə 20 milyon manatdan çox vəsait ayrılıb. Keçən il Şabranda bir neçə milyon manat dəyərində möhtəşəm Bayraq meydanının açılışı olub. Eyni zamanda Şabran şəhərinə və bir neçə qəsəbəyə yenidən içməli su çəkilib. Lakin bütün bunlar o demək deyil ki, Şabran inkşaf edib. Əslində Şabranda inkşaf edənlər icra başçısı Novruz Novruzov və yaxın ətrafıdır. Çünki bu məmurlar dövlətdən oğurladıqları milyonların sayəsində müasir dəbdəbəli “inkşafa” layiq villalar tikdirməklə məşğuldurlar.

Novruz Novruzov keçən il Şabran şəhərininin təmiri, abadlaşdırılması və başqa işlər adında külli miqdarda qazanc əldə edib. İcra başçısı bu qazancı Şabran şəhəri üzrə icra nümayəndəsinin əli ilə qazanıb. Belə ki, Şabran şəhərinin işıqlandırılamasına 50 min, bəzək ağaclarının, gül kollarının alınmasına 30 min manat vəsait xərclənib. Amma bu vəsaitlər aysberqin sadəcə görünən tərəfdir. Yəni rayon daxili büdcəsindən ağac və gül kollarının alınmasına, əkilməsinə, sulanmasına və sair işlərinə az qala 200 min manatdan çox vəsait ayrılıb. Bu vəsaitin isə necə xərclənməsini Novruz Novrozov daha yaxşı bilir. Onu da qeyd edək ki, Novruz Novruzovun bəzək ağaclarının saxlanılmasına sərf etdiyi vəsait onlarla imkansız ailəninin problemlərinin həllinə yetərlidir. Amma şair və filoloq icra başçısı üçün insanlar deyil, dekorasiyalar daha önəmlidir. O, dekorasiyadan külli miqdarda qazanc əldə edildikdə isə, daha önəmlidir.

Bundan başqa daxil olan məlumatda bildirilir ki, Şabran şəhərində küçə və yolların əsaslı təmir edilməsi üçün QYŞ İstehsalat Kommersiya firmasına 620 min manat vəsait köçürülüb. Mənbə bildirir ki, adı çəkilən şirkətin Şabran küçələrinə qoyduğu asvalt örtüyünün qalınlığı 4 sam keçmir. Halbuki sənədləşdirmədə və Şabaran şəhər icra nümayəndəsi yolları təhvil aldığı zaman asvaltın qalınlığının 10-12 sm olduğu qeyd olunub. Şəhər yollarına təmiri üçün ayrılmış 620 min manat vəsaitin yarısının icra Başçısı Novruz Novruzov tərəfindən mənimsəildiyi bildirilir.

Həmçinin məlumata əsasən Şabran şəhərində abadlıq işləri aparılması üçün 11 nömrəli Kənd Tikinti Trestinə 580 min manat vəsait köçürülüb. Həmin Trest isə abadlaşdırma işlərini kosmetik olaraq həyata keçirib. Yenə də mənbəninin iddasına görə abadlıq işlərinə ayrılan vəsaitin böyük bir hissəsi icra başçısına çatıb. Əvəzində isə icra başçısı şəhərin təmir olunacaq yerlərini rayonun büdcə təşkilatlarının rəhbərləri arasında bölüb.

Bundan başqa rayonun daxili büdcəsindən səkilərin, arxların təmirinə ayrılan 500 min manatdan çox vəsaitin də yenə həmin qayda ilə mənimsənildiyi qeyd olunur.

Şabran şəhərinə daxil olduqda dəbdəbəli və hündür villa adamın gözlərini oxşayr. Bu villa icra başçısının müavini Mehdi Balabəyova aiddir. Məlumatda göstərilir ki, icra başçısı Novruz Novruzovun tikintin, təmir, abadlaşdırma yaşıllaşdırma maxinasiyalarına nəzarət edərək bu yağlı işlərdən qazanc əldə edənlərdən biri də məhz Mehdi Balabəyovdur. Qeyd edək ki, redaksiyamıza Novruz Novruzovun Şabran rayonunda tikdirdiyi villalar və çoxsaylı obyektlərlə bağlı göndərilən məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…