Odessada gəncəli prokuror

Gence-1

Ukrayna baş prokurorunun əmriylə Gündüz Aydın oğlu Məmmədov Odessa şəhər prokuroru təyin edilib.

XALQ.AZ-ın məlumatına görə, bu haqda Ukraynada Azərbaycanlı Gəncləri Birliyinin sədri Anar Tahirov xəbər verib.

Gündüz Məmmədov 1974-ci il oktyabrın 26-da Gəncə şəhərində doğulub. Hüquq elmləri namizədi Gündüz Məmmədov Meçnikov adına Odessa Dövlət Universitetini bitirib.

Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.