Oğuz seçiciləri “İlhamla irəli” deyəcək

XALQ,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahınının Oğuz rayon şöbəsi tərəfindən prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz şəhərində zirvə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib: “Ölkə başçısı Cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində, bütün Azərbaycanda olduğu kimi, Oğuz rayonunda da böyük işlər görülüb. Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına və tərəqqisinə yönəlmişdir. Bildiyimiz kimi, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret dövlət proqramları həyata keçirilir. Dövlət proqramlarının bugünkü uğurlu nəticələri, bir daha sübut edir ki, məqsədyönlü şəkildə reallaşdırılan effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbii ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir”.

YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon təbliğat-təşviqat qrupunun üzvləri Emin Əzimli, Cuma Cumayev, İsmayıl Məşədiyev və Mehriban Abbasova çıxış edərək, vurğulayıblar ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Çıxış edənlər qeyd ediblər ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik dayanır. Bildirilib ki, bu gün hər birimiz Azərbaycan naminə, Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezident Cənab İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə gedərək, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək, “İlhamla irəli” addımlamalıyıq.

Seçicilərdən Elçin Kərimov, Ramiz Mahmudov, Yeganə Süleymanlı çıxış edərək bildiriblər ki, son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atıb. Cənab Prezident İlham Əliyev qarşıdakı illərdə iqtisadi, siyasi və sosial sahələrin daha da yüksək səviyyədə inkişafını təmin edəcək, vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə şərait yaradacaq. Onlar əminliklə bildiriblər ki, Oğuz seçiciləri yekdilliklə 11 aprel seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Milli Məclisin komitə sədri Aqiyə Naxçıvanlı çıxışında bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin apardığı siyasət, milli maraqların keşiyində qətiyyətlə

dayanması ölkə vətəndaşlarında Ona münasibətdə böyük inam formalaşdırıb. Ölkədəki uzunmüddətli sabitliyin və inkişafın müəllifi Cənab İlham Əliyevdir. Respublikamızda Cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq, yaranan müsbət reallıqlar insanlarda qürur hissi və gələcəyə böyük inam yaradır. Azərbaycan xalqı 15 ildir ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur. Milyonlarla insanın və seçicilərin amalı budur ki, Cənab İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin! A.Naxçıvanlı qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün Oğuz seçicilərini “İlhamla irəli” səsləyərək, 11 aprel prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış edib.

 

Elgün