Oğuzlular uğurlu gələcəyimizə səs verəcəklər

XALQ,AZ xəbər verir ki, YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi partiyanın prezidentliyə namizədi Cənab İlham  Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Böyük Söyüdlü, Astraxanovka və Qarabulaq kəndlərində seçicilərlə görüşlər keçirib.

YAP Oğuz rayon təşkilatının, rayon şöbəsinin sədri Saleh Məhərrəmov görüşlərdə çıxış edərək bildirib ki, dövlət başçısı Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı və gələcəyi naminə uğurlu siyasət həyata keçirir: “Cənab İlham Əliyev hər bir ölkə üçün önəm daşıyan ictimai-siyasi sabitliyi Azərbaycanda təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin və xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Eyni zamanda, ölkəmizi yüksək səviyyədə inkişaf etdirib və Azərbaycanda işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb və insanların rifah halı yüksəlib.”

Rayon təşkilat sədri vurğulayıb ki, əldə olunan çoxsaylı uğurlarımız 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirib, heç şübhəsiz ki, xalq öz alternativsiz Liderini- Cənab İlham Əliyevi dəstəkləyəcək.

Görüşlərdə YAP Oğuz rayon təşkilatının təbliğat qrupunun üzvləri Rəşid Nurməmmədov, Fikrət Hüseynov, Səyyaf Abbasov və Elnur İsrafilov çıxış edərək bidiriblər ki, oğuzlular altarnativsiz namizəd olan Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə kənd sakinlərindən Sədrəddin Qarayev, Lətif Rəhmanov və başqaları çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıblar. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbəsi üçün seçki məntəqələrinə gedərək Ona səs verəcəklər.

Elgün