Oksana evsiz qaldı

01
Rəqqasə Oksana Rəsulova reper Elşad Xose ilə birlikdə yaşadığı evini satıb.

Xalq.az məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Şou +” verilişinə açıqlamasında mənzili satma səbəblərindən danışıb:

“Evdə tək qalırdım, mənzilim birinci mərtəbədədir. Gecə oturmuşdum, bir də gördüm pərdə tərpənir, orada kişi əli gördüm. Küçədən keçən bir kişi pərdəni açıb içəri baxmağa cəhd edirdi. Məqsədi məni qorxutmaq idi. Qaçıb tutmaq istədim, amma məni görən kimi gözdən itdi.

Dostlarıma zəng vurdum, gəlib məni apardılar. Qorxudan evdən çıxa bilmirdim. Buna görə də iki günün içində mənzili əşyalarla birlikdə satdım. İndi başqa evdə yaşayıram”.