Tanınmış rəqqasə Oksana Rəsulova sevgilisi ilə səmimi fotosunu paylaşıb.
XALQ.AZ xəbər verir ki, rəqqasə üzünü göstərməsə də, sevgilisi ilə əl-ələ tutduğu fotonu paylaşaraq belə yazıb:
“Nə yaxşı ki, varsan. Həyatımda və qəlbimdəsən. Allah ürəyinizcə versin, dostlar”.
Bir gün öncə isə onun keçmiş həyat yoldaşı Elşad Xose sevdiyi qızla fotosunu paylaşmışdı. Görünür, keçmiş ər-arvad bir-birinə acıq verir.
Qeyd edək ki, O.Rəsulova ana olmağa hazırlaşır.