Oqtay Əsədov: “Ölkə iqtisadiyyatına az ziyan dəyib”

Картинки по запросу oktay esedov

“Hökumət tərəfindən Milli Məclisə təqdim olunan 2016-cı ilin hesabatından da görünür ki, dünyada qeyri-müəyyənlik davam edir.  Lakin Azərbaycan prezidentinin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına az ziyan dəyib”. XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov plenar iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb: “Ötən il Milli Məclisdə təqdim olunan hesabat zamanı deputatlar tərəfindən irəl sürülən təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. 50-yə qədər təkliflə bağlı işlər görülüb və bu barədə Milli Məclisə ətraflı məlumat təqdim edilib”.