Olimpiyada ilk uğurumuz

4

 

Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış edib.

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə – bu gün cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.

Xalq.az  xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. Hesablarına 58,15 xal yazdıran idmançılarımız bu nəticə ilə indiyədək çıxış edən 13 cütlük arasında ilk üçlüyə daxildirlər.