Ölkəmizin sabitliyi əbədi və daimidir

Pərvin Kərimzadə,
Milli Məclisin deputatı

Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, ictimai-siyasi sabitliyi təmin etmiş, günü-gündən müasirləşən, beynəlxalq arenada söz sahibinə çevrilmiş ölkədir.

 

Şübhəsiz ki, bu islamofobiya adı altında qruplaşan qüvvələri narahat etməyə bilməz. Ölkəmizin öz multikultural dəyərlərinə sahib çıxması məkirli niyyətli qruplaşmalara dəstək verən qüvvələr dini təhdidlər, çirkin kampaniyalar aparılır.

 

2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazovun silahlı hücuma məruz qalması da məhz belə məqsədli şəkildə, əvvəlcədən hazırlanmış terror aktlarından biridir.

Qeyd edək ki, terror aktını törədən Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Rusiya Federasiyasının vətəndaşıdır. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, radikal meyilli dindarlarların təsiri altına düşən 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib.Yunis Səfərov məkirli planını həyata keçirmək üçün asayişin keşiyində dayanan polis əməkdaşının həyatına qəsd edib. Tibb işçilərinin çiddi səyi nəticəsində həyati təhlükəni adlayan iki uşaq atası olan polis əməkdaşı Yunis Səfərovun əməlinin nəticəsində hazırda əmək qabiliyyətini itirib. Cox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, sosial şəbəkələrdə belə əməllərin sahibi, məqsədli şəkildə sui-qəsd həyata keçirən şəxsə “milli qəhrəman” obrazı verilməsi nə dərəcədə doğrudur? Asayişi qoruyan polis əməkdaşına xəsarət yetirən, dövlət məmurunun həyatına süu-qəsd edəni “milli qəhrəman” adlandırmaq olarmı?

Yunis Səfərovun terror aktı törətməkdə əsas məqsədi ajiotaj, xaos, vahimə yaratmaqla sabit ölkəmizin imicinə zərər vurmaqdır. Azərbaycan artıq güclü dövlətdir bütün dünyaya çatdırmağa qadirdir ki, terror aktının arxasında duranları ifşa etməyə, eyni zamanda bütün bu qüvvələrə çavab verməyə qadirdir.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.