Ölkəyə telefon gətirənlərdən rüsum alınacaq

Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu tətbiq olunacaq. 

XALQ.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğinin hər il icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.

Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.

Layihədə bildirilir ki, hər il üçün mobil cihazların qeydiyyat alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.