Ölkənin bütün apteklərində eyni dərmanların qiyməti vahid olacaq

55

«Apteklərdə yoxlamaların aparılması mövcud qanunvericilik çərçivəsində və Ədliyyə Nazirliyində mövcud reyestrdən keçiriləndən sonra icra olunur. Bu məsələ daim nazirliyin nəzarəti altındadır». Bu fikirləri səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
S.Ağayev bildirib ki, Səhiyyə Nazirliyində Azərbaycanda apteklərdə eyni dərmanların vahid qiymətlə satılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib. Onun sözlərinə görə, bu təklifləri hazırlamaq üçün Türkiyə, Avstriya, Avropa ölkələrinin təcrübələri öyrənilib.
«Yəqin ki, yaxın zamanlarda bu istiqamətdə müvafiq işlərə başlanacaq, ölkənin bütün apteklərində eyni dərmanların qiyməti vahid olacaq və onların üzərində qiymətləri göstəriləcək»- deyə, nazir müavini qeyd edib.
E.Ağayev Azərbaycan səhiyyəsinin prioritet istiqamətlərində birinin də infeksiyalara qarşı mübarizə aparılması olduğunu bildirib.