Ölümlə nəticələnən yol-nəqliyyat qəzası

Avto

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə axşam rayonun Siyavar kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Vel kənd sakini 30 yaşlı Məmmədov Ələddin Zakir oğlu idarə etdiyi 42 BJ 299 dövlət nömrə nişanlı “VAZ-21099” markalı avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna dəyib.

Hadisə nəticəsində sürücü və onun sərnişini, həmkəndlisi 17 yaşlı Ramazanov Rövşən Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq sürücü Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

R.Məmmədovun da vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.