Onlar nə haqla belə sənəd qəbul edirlər?

11

 

 

Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi bir daha həmin qurumun Azərbaycana qarşı olan qərəzli münasibətini açıq şəkildə ortaya qoyur. Bunu  Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib. Komitə sədri Avroparlamentin belə bir qətnamə qəbul etməklə növbəti dəfə  Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərdiyin bildirib: “Ümumiyyətlə,  Azərbayan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi-hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur.

Avropa Parlamentinin də Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarması məhz qısqanclığın, gözügötürməzliyin  nəticəsidir. Heç təsadüfi deyil ki, Avropa Parlamentinin müzakirə etdiyi qətnamə “Əsrin müqaviləsi”nin 20 illiyinə təsadüf edir.

Ölkəmizlə bağlı Avropa Parlamentində müzakirəyə təqdim olunan  layihə Azərbaycanın Avropanın enerji təhküəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim və qəbul  etdiyi qətnamədir”

E.İbrahimov onu da  bildirib ki, qətnamə layihəsini hazırlayan və qəbul edən 46 deputatdır: “Bunların hamısı bu və ya digər formada erməni lobbisi ilə əlaqədədirlər. Özü də mənim bildiyim qədər onlardan 45-i ümumiyyətlə, Azərbaycanda olmayıb. Sual olunur, Azərbaycanda olmadıqları, ölkəmizdəki vəziyəti bilmədikləri halda, onlar nə haqla belə sənəd qəbul edirlər?  Axı, buna sizin nə haqqınız var? Kim sizə belə bir haqqı verib?

Bu yerdə onu da deyim ki, bu yaxınlarda bir neçə vətəndaşımız ermənilər tərəfindən girov götürülmüşdü. Onlardan biri işgəncələr nəticəsində dünyasını dəyişdi. Biz tərəfdən də Ermənistanın kəşfiyyat diversiya qrupunun üzvləri həbs edildilər. Erməni əsir ürək xəsətliyindən dünyasını dəyişdi.

Hətta,  bunu Ermənistanın rəsmi dairələri də təsdiq etdilər ki, o ürək xəstəsidir. Həmin bu 46 deputat Ermənistan rəhbərliyinə başsağlığı verdilər. Amma öz ata-baba yurdunda ziyarətə gedən azərbaycanlının ermənilər tərəfindən işgəncələr nəticəsində öldürülməsi haqqında bir cümlə belə danışmadılar. Ona görə də bir daha demək istəyirəm ki, bunlardan ədalətli bir mövqe gözləmək olmaz, onlar ədalətin yox, ədalətsizliyin tərəfindədirlər…”(Gün.Az)