Onlayn medianın inkişafına dəstək mövzusunda treninq keçiriləcəkdi

 

06

Oktyabrın 21-dən 25-dək informasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində “Onlayn Medianın inkişafına dəstək” mövzusunda treninq keçiriləcəkdir.İnstitutdan AzərTAc-a bildirmişlər ki, təlimlərin məqsədi ölkədə informasiya cəmiyyəti, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Təlimləri hər il olduğu kimi, İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaqlar.
Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan keçməlidirlər.

 


Comments are closed.