Onu sevmirəm

 

39

Salam,mən də istəyirəm sizinlə öz taleyimi paylaşım və siz də mənə dəyərli məsləhətlərinizdən verəsiniz.

Mənim 22 yaşım var.Mən 9 ildir həmyaşıdım olan bir oğlanı sevirəm, o da 11 ildir sevir. Son bir ildə mənim ona qarşı münasibətlərim korlanıb,onun hər dediyi sözü yalan zənn edirəm. Bilirəm zənn etmək ən böyük günahlardan biridir, amma neyləyim ki, bacarmıram özümlə. Mənim bu hala gəlməyimə səbəb elə onun özüdür. Biz bir- birimizi böyük sevgiylə sevmişik. O, nə deyibsə etmişəm, onunla ən böyük günahları etmişəm (sevişmişik, buna məni o məcbur edib). O, həmişə mənə deyir ki, biz bir-birimizə aidik. Bir gün anam bizi görüşən yerdə tutdu, o, anama söz verdi ki,mən onu alacağam.Mənim özümə də söz verdi ki, gedirəm Rusiyaya, getdikdən bir ay sonra elçi göndərəcəyəm sənə.Mən də inandım. Mənim uşaqlıqdan arzum olub ki, sevdiyim şəxs dindar olsun. Bir gün telefonda söhbət edərkən ona bildirdim ki , mən hicaba keçmək, pis vərdişlərdən uzaqlaşmaq istəyirəm, amma o hicab haqqında, din haqqında elə sözlər dedi ki, elə o sözlərlə də gözümdən düşdü. 1 həftə nə zənglərinə, nə də ki, mesajlarına cavab vermədim. Günlərcə ruh kimi gəzdim. O insanı sevdiyimə elə peşman olmuşdum ki….Ayrılmaq qərarına gəldim. Ayrılmaq isdədiyimi özünə də bildirdim, amma o qəbul etmədi. Mesajlar yazdı, zəng etdi. Sonra qorxdum. Daha doğrusu, onunla görüşdüyümə görə özümü heç bir oğlana layiq bilmədim. İnandırım ki, mənə 7 elçi gəlib , 7-sini də ona görə geri qaytarmışam, o pis hərəkətimə görə. Həftələr keçdikdən sonra barışmaq qərarına gəldim. Barışdıq, O Rusiyaya gedəndə məni yenədə axrıncı dəfə görüşə çağırdı. Mənə dedi ki, məni gözlə, 1 aydan sonra elçi göndərəcəyəm. Mən də razılaşdım.Mənim ona qarşı olan hisslərim çox qarışıqdır, bilmirəm sevirəm, bilmirəm nifrət edirəm. Amma onu bilirəm ki, ona olan hisslərim əvvəlki hisslər deyil daha. Rusiyaya getdikdən 1ay sonra elçi haqqında maraqlandım, mənə dedi ki, nə olub göndərəcəyəm də . niyə darıxırsan, bir az söz-söhbətdən sonra yenə barışdım, yenə şans verdim, dedi ki, gələn ay mütləq göndərəcəyəm. Heç nə demədim. Həmin ayın əvvəlidə soruşdum ki, evinizdə dedin, dedi ki, bilmirəm niyə tələsirsən. Hər şeyin vaxtı var. Yenə də heç nə demədim. Gözlədim. Bir ay da belə keçdi. Sonra mən onunla münasibətlərimi kəsdim, ardinca Məhərrəmilik ayı girdi. Yenə mənə zəng edib yalvar -yaxar mənim onunla barışmağımı isdədi. Bir də onu qeyd edim ki, o, Rusiyaya gedəni mənimlə əvvəlki kimi maraqlanmır, mənimlə danışmağa can atmır. Mən bilmirəm nə edim. Nə olar, mənə məsləhətinizi verin, Allahdan hər gün bağışlanmağımı diləyirəm etdiyim səhv hərəkətlərə görə. Mən ondan ayrılmağa çox cəhd etmişəm. Amma o görüşdüyüm günlər bir kabus kimi gəlir gözümün qabağına.Əslində indi onu sevmirəm.Mənə sizin məsləhətləriniz lazımdır. Mən nə edim. Mənə elə gəlir ki,  Hicab məsələsinə görə Allah onu da, məni də cəzalandırır