Oqtay Əsədov Cümhuriyyətlə bağlı işçi qrup yaratdı

Milli Məclisin  Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik yubileyi ilə bağlı xüsusi iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki,  iclas payızda baş tutacaq.

Məlumatda bildirilib ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə işçi qrupu yaradılıb və bu qrup artıq hazırlıq işləri görür.

Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi istiqamətində iş gedir. Bundan əlavə,  Milli Məclis deputatlarının da daxil olduğu alimlər qrupu tərəfindən Azərbaycanın parlamentarizm tarixinə dair iki cildlik kitab hazırlanır.

Qeyd edək ki, Cumhuriyyət dövründə qurulan Azərbaycan parlamentinin ilk iclası 1918-ci ilin 7 dekabr tarixində baş tutub.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir