Oqtay Əsədov İstanbuldadır

Milli Məclisinin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı (QDİƏT) Parlament Məclisinin 25-ci ildönümünə həsr olunan Spikerlərin görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

XALQ.AZ xəbər verir ki, Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

Spikerlərin Sammitinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Qəhrəmanın çıxışları nəzərdə tutulub.

Görüş çərçivəsində parlament sədrlərinin Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının gələcək fəaliyyətində parlamentlərin rolu mövzusunda çıxışları gözlənilir.

Tədbirin sonunda qurumun 25 illiyi ilə əlaqədar Birgə Bəyanat imzalanacaq.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyəti başçıları ilə bir sıra görüşləri baş tutacaq.

Səfər mayın 17-də başa çatacaq.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir