Oqtay Əsədov səfər edəcək

azvisionoqtay
“Ötən il Latviya parlamentinin spikeri Azərbaycana səfər edib. Bu il isə Azərbaycan Milli Məclis sədrinin Latviyaya səfəri gözlənilir”.
APA-nın məlumatına görə, bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Yaxın vaxtlarda Latviya ilə Azərbaycan arasında təhsil sahəsində sazişin imzalanacağına ümid etdiyini bildirən nazir qeyd edib ki, hazırda Latviyada 100 azərbaycanlı tələbə təhsil alır: “Bu rəqəmi artırmaq şansı var. Biz turizm sahəsində müzakirələr aparmışıq. Lakin bunun üçün birbaşa aviareysin olması çox vacibdir”.