Oqtay Əsədovun Gürcüstana səfəri başa çatıb

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri başa çatıb.

 

XALQ.AZ xəbər verir ki, O. Əsədov, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər şəxslər Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, O. Əsədov ötən gün Gürcüstanın müstəqillik günü və ilk respublikanın yaranmasının 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə iştirak edib.

 

 

 

Orxan