Oqtay Mirqasımov mükafa layiq görüldü

XALQ.AZ xəbər verir ki, tanınmış kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layib görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev açıqlamasında bildirib ki, İttifaqın katibi, xalq artisti, professor Oqtay Mirqasım Azərbaycan kinosuna verdiyi tövhələrə və 75 illik yubileyi münasibətiylə Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə 2018-ci ilin “Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb.

Əli Vəliyev həmçinin açıqlamasında qeyd edib ki, Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təntənəli şəkildə təqdim ediləcək.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.