Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul etdi…

oktay 1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, səhiyyə naziri Oqtay Şirəliyev fevralın 17-də Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən XALQ.AZ -a bildirilib ki, qəbul zamanı nazir Ucar, Ağdaş, Ağsu, Kürdəmir sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.