Orda dağıdıcı və digər qüvvələr var

66

 

“Birinci növbədə fikrimi Demokratik Qüvvələrin Milli Şurasına yönəltmək istəyirəm. Bu adı kimlər qoyub bunlara? Bu adı hardan tapıblar?”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov dünən İctimai radiodakı debatda çıxışı zamanı deyib.

“Hardan bilinir ki, bunlar xüsusi sertifikat almış Demokratik Qüvvələrdir? Orda dağıdıcı və digər qüvvələr var. Bu yaxınlarda müraciət olundu Milli Şura, “El” hərəkatı ilə bağlı. Orda müəyyən təxribatlar törətməyə çalışırlar. Bu adı deyəndə hansı demokratik qüvvədən söhbət gedir? MSK tərəfindən qeydiyyatdan belə bir şey keçməyib. Cəmil Həsənli şəxsi təşəbbüs qrupu ilə qeydiyyatdan keçmiş bir şəxsin burda səlahiyyətli nümayəndəsi ola bilər. Ümumilikdə orda toplaşan siyasi partiyaların və digər qurumların dərnəklərin burda hansısa adı özünə qoya bilməz”.