Orduda hərbi vətənpərvərlik həftəsi başlayır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib.

XALQ.AZ xəbər verir ki,Müdafiə Nazirliyindən  verilən məlumata görə, təşkil olunacaq silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupları ön xətdə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edəcəklər.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tematik gecələr, “Qəhrəmanlıq dərsləri”, idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.