Ordumuz düşməni belə məhv etd-Erməni kəşfiyyatçısı saxlanıldı

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

XALQ.AZ Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb:

“Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.