Ordumuz xüsusi təlim keçib

Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzusunda taktiki-xüsusi təlim keçirilib.

XALQ,AZ xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlikölçmə və geodeziya ölçmələri icra edilib.

Hərbi hissə komandanlığı təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

 

Elgün