Polis əməliyyat keçirdi-Həbs olunanlar var

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində (fevral ayının 7-dən 8-dək) 125 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən  XALQ.AZ -a verilən məlumata görə, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.