Ötən il 964 ton balıq ovlanıb

Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.

Dövlət Statistika Komitəsindən XALQ.AZ-a verilən xəbərə görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb.

2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanıb. Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşüb. Ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilib.

RƏSUL