Ötən il banklar xarici borclarını azaldıb

2018-ci ilin yanvar ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi -2308.3 mln. manat təşkil edib.

XALQ.AZ  Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xarici öhdəlikləri 3 dəfəyə qədər azalıb.

Kommersiya bankları və bank olmayan kredit təşkilatlarının (BOKT) Mərkəzi Bank qarşısında öhdəlikləri isə hesabat dövrünə 5 718,5 mln. manat təşkil edib.

Öhdəliklərin həcmi ötən ilin dekabr ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 12,68%, ilin əvvəlinə nisbətdə isə 18,85% azalıb.