Bakıda kolbasadan siçan nəcisi çıxdı-Foto

Bakıda mağazadan alınan “Üstdad” kolbasasının içindən siçan nəcisi   çıxıb.

XALQ.AZ məlumat verir ki,  Bakı şəhər sakini sosial şəbəkədə həmin kolbasanın fotosunu paylaşıb və qeyd edib ki,   marketdən aldığı kolbasanı kəsəndə içində siçan nəcisi çıxıb, və bu barədə aidiyyatı orqanlara müraciət olunub.

Araşdırma aparılaraq şirkətdən verilən məlumata görə, məhsulun içərisində aşkarlanan qara ləkə kuterin yağlanması üçün istidadə olunan qida yağıdır.

Qeyd edək ki,  şirkətin istehsal prosesi ilə bağlı mətbuatda bir sıra xoşəqəlməz hadisələr yazılıb. Xəbərlərdə bildirilir ki, vaxtı keçmiş kolbasa və sosilərin istehsal tarixi dəyişdirilərək yenidən marketlərə satışa çıxarılır.

Araşdırmlarımız davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir