“Öyrəndim”

6
Millət vəkili Qənirə Paşayeva

Bir qulunun gözlərində əridim,
Bir baxışın atəşində yandım mən.
Bir qulunun həsrətində qovrulub,
Rəbbim verən bir atəşdi, -sandım mən.
Bir qulunun sözlərindən alışıb
Zərrə-zərrə, parça-parça yandım mən.
Nəfəsindən həyat buldum, can buldum,
EŞQ adında müəmmanı çözdüm mən.
Bir qulunun həsrətini dadandan
Gücsüzlüyü, “heç” olmağı öyrəndim.
Bir cavabsız eşq odunda yananda
Təkcə səndən güc almağı öyrəndim.
Göz yaşına dost olubdu gözlərim,
Ağlayaraq, durulmağı öyrəndim.
Gecə-gündüz nalə çəkən könüllə,
Mən bir gercək qul olmağı öyrəndim.
Yaman olur eşq acısı, atəşi,
Aşiq olan divanədir, öyrəndim.
Yaman olur heç bitməyən həsrəti
Mən onunla “Çilə” nədir, öyrəndim.
“Canım qurban” söylədiyim yarımdan
Tövbələri, xətaları, öyrəndim.
“Bitdi” deyib üz çevirib gedəndə
Tanrı verən butaları
öyrəndim…
Xətaları, günahları, tövbəni
Vəfasızı, üz çevirib, gedəni
İnsan – fani, EŞQin isə – əbədi
Olduğunu, olduğunu öyrəndim!