“Palmali”dən görünməmiş layihə (FOTO)

S-2

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupu növbəti nəhəng layihəyə imza atıb.

XALQ.AZ-ın məlumatına görə, bu gündən etibarən “Palmali” gəmilərini öz gəmiqayırma zavodunda inşa edib, dünya sularına buraxacaq. Bu gün Türkiyənin İzmit bölgəsində yerləşən “Armada Ship Yard” gəmiqayırma zavodunda eyni vaxtda 2 gəminin əsas korpusunun inşasına başlayıb. İnşasına başlanan yeni gəmilər “Volqa-Don maks” tankeri sinfinə aiddirlər. “Armada” tankeri ilə müqayisədə yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 7100 tonn dedveyt yük götürür. Eyni zamanda yeni gəmilər yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir. Gəmilər Volqa-Don bərə keçidindən vəVolqa-Baltiysksi yollarından keçmə qabiliyyətinə malikdir.

Təntənəli tədbirə “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, “Fiba Holding”in idarə heyətinin rəhbəri Hüsnü Özyeğin və Türkiyənin başqa nüfuzlu iş adamları və siyasətçiləri də qatılıb. Ənənəyə uyğun olaraq, plaket gəminin gövdəsinə birləşdirilib, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov gəminin əsas korpusunun inşasına start verib. Mübariz Mənsimov bildirib ki, ilk gəmi gələn ilin fevral ayında suya endiriləcək. Gələn ilin may ayında isə tam hazır olacaq.

Gəminin texniki xüsusiyyətlərinə gəldikdə isə, qeyd edilib ki, RST22M tipli gəmi layihəsi ilə hazırlanan gəminin texniki xüsusiyyətlərinə əsaslanıb.Gəminin ümumi uzunluğu 139,95 metr, eni isə 16,6 metr, bortun hündürlüyü 6,0 metrə bərabərdir. Gəmi yenilənmiş beynəlxalq tələblərə tam cavab verməklə yanaşı, həmdə bitki yağlarının daşınmasında batmamağa təminat verir. Layihə hazırlanarkən Rusiya və dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb. Layihəyə “EKO PROEKT” (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub. “Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

S-4

S-5

S-6

S-7