Parada hazırlıq-Hərbi texnika Azadlıq meydanında-Fotolar

 

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiləcək hərbi parada hazırlıq işləri surətlənib. Səhər saatlarından meydanın ətrafında yerləşən yollar və küçələrdə avtomobillərin və ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. XALQ.AZ məlumat verir ki, ərazidə Azərbaycan  ordusunun paradda iştirak edəcək canlı qüvvəsi və hərbi texnikasınının yerləşdirilib. Parad və iştirakçılar barədə plakatlar asılıb. Məşqlər başlayıb hərbi texnika əraziyə gətirilib.

Təntənəli mərasimdə son 5 ildə Azərbaycan ordusunun arsenalında olan ən müasir texnika və silahların nümayış olunacaq.

Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib. Ulu öndərimiz  Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyətinin  ilk hərbi hissənin təsis edildiyi 26 iyun tarixi Azərbaycanda  Silahlı Qüvvələr günü kimi qeyd olunur.

XALQ.AZ Azadlıq meydanından fotoları təqdim edir:

 


Comments are closed.