Parlamentdə atışma

44

İordaniya parlamentində silahlı insident yaşanıb

Dünən İordaniya parlamentində iclas atışma ilə başlayıb. ANS PRESS-in Sky News Arabia telekanalına istinadən verdiyi məlumata görə, deputat Tələl Əl-Şərif öz məsləkdaşı Kusey Dmeysə Kalaşnikov avtomatından atəş açıb, güllə tavana dəyib.

Hadisə zamanı zərər çəkən olmayıb. Amma polis işə qarışmalı olub və iclas dayandırılıb. Aqressiv siyasətçinin bu hərəkətinin səbəbi açıqlanmır.

İclas ərəfəsində isə deputatlar arasında yaranmış mübahisə az qala əlbəyaxa döyüşə çevriləcəkdi. Davanın iştirakçılarından biri elə Dmeyse olub. O, yalan danışmaqda ittiham olunan baş nazir Abdullah Ensürü müdafiə edib.