Paytaxt sakinlərinə şad xəbər

49

 

“Avtovağzal” ilin sonuna hazır olacaq

“Bakı Metropoliteni”nin “Avtovağzal” stansiyasının mərhum prezident Heydər Əliyevin 91 illik yubileyinə qədər – mayın 10-da istifadəyə veriləcəyi ilə bağlı xəbərə qurum rəhbərliyindən açıqlama gəlib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyalarının tikinti işləri qrafikə uyğun olaraq davam etdirilir.

Hazırda hər iki stansiyada müasir standartların tələbinə cavab verən avadanlıqlar qurlaşdırılır. Bu stansiyaların ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.