Paytaxtda çılpaq atlı qız (VİDEO)

Rusiyanın paytaxtı Moskvanın mərkəzində dünən çılpaq atlı qadın peyda olub.

XALQ.AZ-ın məlumatına görə, bu mənzərə hər kəsin diqqətini cəlb edib və ağ atın üstündəki çılpaq sarışının görüntüləri internetdə yayılıb.

Rusiya KİV-ləri bu lüt qadının axtarışına çıxıblar. Nəticədə onun kimliyini müəyyən edilib. Bu qız Aleksandra Bortiç adlı 19 yaşlı aktrisadır.

Həmçinin o da məlum olub ki, aktrisa “Ələkeçməzlər” filminin çəkilişləri üçün bu addımı atıb.

Filmin prodüsserləri aktrisanın tamamən çılpaq olmadığını açıqlayıb. Onlar Aleksandranın əynində bədəninin rəngində olan alt paltarları olduğunu açıqlayıblar. Yəni aktrisa intim yerlərini gizlədib.

Sözügedən ekran işi 2015-ci ildə tamaşaçıların ixtiyarına veriləcək.